BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ziya Məmmədov özündən çıxdı: “Onu deyən qələt edir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hotelinin söküləcəyi ilə bağlı xəbərlər yayılıb. Ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı “Trump Tower Baku”, sonrakı adı isə “Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hoteli söküləcəyi ilə bağlı şübhələri artırır.

İstixəbər.info azxeber.com-a istinadən xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov yayılan xəbərlərin şayiə olduğunu bildirib.

O, məsələ ilə bağlı suala əsəbi reaksiya verib:

“Onu deyən qələt edir. Sökmürlər e, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyatı yoxdur”.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26