BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zibil qutularına həsrət qalan Xudat. Sahibsiz itlərə qucaq açan zibil tullantıları. FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat şəhərindən daxil olan bir çox müraciətləri nəzərə alıb, şikayət üzrə gecə vaxtı çəkiliş qrupumuz sadalanan ünvanlarda olub.

REKLAM

Beləki, Xudatın mərkəzi küçələri gecə vaxtı sözün həqiqi mənasında ürək ağrıdan mənzərəni xatırladır. Yol kənarı marketlər, restoranlar, kafelər və s. zibil tullantılarını məcburiyyətdən yol kənarına tullamalı olurlar. Buna əsas səbəb isə zibili yığmaq üçün zibil qutularının olmamasıdır. Gecə küçə kənarlarına yığılan zibillərin göz oxşayan mənzərəsi bir yana, yığılan zibillərin gecə vaxtı sahibsiz itlər tərəfindən eşələnməsi, dağıdılması insana başqa cür təsir edir.

Qeyd edək ki,Xudat Azərbaycanın ən turistik bölgəsi olan Nabrana gedən yolun üstündə yerləşməsi və Rusiyadan gəlib-gedən nəqliyyat vasitələrinin sıx istifadə etdiyi bir şəhərdir. Gündüz vaxtı belə mənzərəyə az rast gəlinsədə amma gecə vaxtı belə zibil topalarına çox rast gəlmək mümkündür. Bəs dediyimiz məsələ ilə bağlı aidiyyatı qurumlar nə fikirləşir?
Xaçmaz rayon İH-nin Xudat İƏV-nin nümayəndəsi Akif Mərdanovla və Xaçmaz rayon İH-nin Xudat şəhəri üzrə MKT-və Yaşıllaşdırama idarəsinin rəisi Mikayıl Müslümovla əlaqə saxladıq. Hər iki qurumdan cavab olaraq bildirdi ki, məsələ ilə bağlı aidiyatı qurumlara məlumat vermişik. Yaxın zamanlarda Xudat şəhərində, yol kənarlatında zibil qutularının yerləşdirilməsinə başlanılacaq. Əlbətdə ərazidə zibil qutularının olması və həmin zibilin daşınmasınıda asanlaşdırır. İnşallah yaxın zamanlarda sifariş etdiyimiz müasir zibil qutuları Xudat şəhərinin yol kənarlarına qoyulacaq.
Bəs Xudat şəhəri K/Zavad adlanan ərazidə vəziyyət necədir? Ümumiyyətlə burda zibillərin daşınması hansı formada həyata keçirilir?

Sualımıza cavabı Xaçmaz İH-nin Xudat şəhəri K/Z -qəsəbəsi MKİ-sahəsinin rəisi Bəxtiyar Hüseynov cavablandırdı. Bəxtiyar müəllim bildirdi ki, ərazidə zibillərin daşınması üçün yer ayırmışıq. Zibil təyin olunmuş əraziyə, ordan isə xüsusi nəqliyyat vasitəsi ilə daşınması həyata keçirilir. Amma buna baxmayaraq ərazidə zibil qutularına ehtiyyac var. Bu məsələ ilə də bağlı müraciətimizi etmişik.

Əziz Xudat sakinləri minə dözən min birə də dözər məsəli olaraq səbr edin. Yaxın zamanlarda aidiyatı qurumların dediyi kimi küçələrə zibil qutuları qoyulacaq.

İstixeber.info Xaçmaz-Xudat 24.05.2019
Rəşad Orucoğlu

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26