BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yük maşınlarının ucbatından ölü sahiblərinin üzünə həsrət qalan məzar daşları – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

İstixəbər.info-un Qaradağ bürosuna dünən Sənqəçal qəsəbə sakinləri adından belə bir müraciət daxil olub.

Müraciətdə deyilir:

“Qəsəbə sakinlərinin qəbirstanlığa getdiyi yol ilə bağlıdır. Yerli əhalinin köməkliyi ilə qəbirstanlığa gedən yol təmir olunub. Amma indi həmin yol çox bərbad vəziyyətə düşüb. Buna səbəb isə həmin əraziyə yaxın olan daş karxanasından üzü rayonlara hərəkət edən ağır tonnajlı nəqliyyat vasitələridir. Neçə dəfələrlə aidiyyatı qrumlara müraciət etmişik. Müraciətlərimizə baxmayaraq buna əncam çəkən olmayıb. Bu məsələnin həlli üçün sizin saytdan köməklik istəyirik. Xahiş edirik çəkib, işıqlandırasınız.”

Bizdə sakinlərin müraciəti əsasında, həmin yolun vəziyyətini çəkmək qərarına gəldik. İlk öncə onu deyə bilərik ki, yol həqqiqətən bərbad vəziyyətə düşüb. Çəkiliş apardığımız zaman bir neçə sürücü ilə söhbətlər apardıq.

Sürücülər deyir ki, köhnə yol bərbad vəziyyətə düşdüyündən məcbur olub bu yolla hərəkət edirik.

Bəs o köhnə yolu o vəziyyətə kim qoyub? Sualımız cavabsız olaraq qalır.Əlbətdə elə sürücülərin özləri tərəfindən.

Məsələyə aydınlıq gətirmək üçün Qaradağ rayonu Səngəçal qəsəbəsinin İcra nümayəndəsi Zaur Məmmədovla əlaqə saxladıq. Zaur müəllim cavabında bildirdi ki, dediyiniz ərazi, yəni qəbirstanlıq olan yer bizim ərazi deyil. Həmin yol Abşeron rayonuna məxsusdur. Amma buna baxmayaraq bizdə aidiyyatı qrumlara müraciət edəcəyik sakinlər həmin yoldan rahat istifadə edə bilsinlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. Nuridə xanım cavabında qeyd etdi ki, dediyiniz məsələni qeydiyata götürüb aidiyyatı qruma yönləndirəcəyik. Ərazidə xidmət aparan Naqliyyat işçilərinədə müəyyən tapşırıqlar vermək olar ki, ağır tonnajlı nəqliyyat vasitələrinə həmin yoldan istifadə etməmələri üçün göstərişlər verilsin. Dediyiniz məsələni “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzərinə çatdırmaq olar ki, həmin yol nəzarətə götürülsün və sürücülər o yoldan istifadə etməsin.

Daxil olan məsələni bir azda dəqiqləşdirmək üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim cavabında məsələnin həlli üçün əlimizdən gələn köməkliyi etməyə hazırıq deyə qeyd etdi. Dediyiniz ərazidə yəni, Sənqəçal qəsəbəsindən Çeyldağ istiqamətinə yeni yol çəkilib. Sadaladığınız məsələdə nəzarətə götürülüb lazımı ölçü götürüləcək.

Əfsuslar olsun ki, məsələ ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağımız mümkün olmadı.

Mövzuya qayıdacağıq…

İstixəbər.info Qaradağ 2019-cu il
Baş Redaktor: Rəşad Orucoğlu 
Müxbir: Mehrac Nəsrullayev

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26