BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yola görə utanıb-qızaran işıqforun yaşıl işığıda yandı – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir müddət bundan öncə Xudat şəhərində işıqfor adlanan ərazidə yolun bərbad olmasından məlumat vermişdik.

”Yolun bərbadlığından utanıb qızaran işıqfor”.

Bu məsələ ilə bağlı bir çox yuxarı aidiyyatı qrumlara məlumat vermişdik. Amma indi Xudat sakinlərinə xoş müjdə verə bilərik. Dediyiniz problem olan yol artıq təmir olunmağa başlanıldı. Dünən gecədən etibarən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları yolun təmirinə başladılar. Yolun sağ-və sol hissəsinə tam olaraq asfalt döşənib. Yəqin ki, bu günün sonuna kimi işlər tam yekunlaşacaq. Son çəkilişimizdə xatırlayırsınızsa yolun bu hissəsi hansı vəziyyətdə idi. Onda biz məsələni qisməndə həll olunması, dərin çalaların təmir olunması üçün Xaçmaz rayonunda yerləşən 4- saylı Yol Təmir Tikinti idarəsinin rəisi İsgəndər Hacıyevlə əlaqə saxlamışdıq. İsgəndər müəllim cavabında bildirmişdir ki, dediyiniz yolda yaranan dəliklərin bərkidilməsini yaxın günlərdə həyata keçirəcəyik.

Bəli İsgəndər müəllim verdiyi sözün üstündə durmuş və həmin dərin çalaları təmir etdirmişdi. Biz İstixeber.info saytı olaraq  verdiyi sözün əməl edilməsinə görə, İsgəndər müəllimə təşəkkürümüzü bildiririk.

Qaldı problemli yolun tam təmirinə buna görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə və bu qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə  minnətdarlığımızı bildiririk ki, məsələ tez bir zamanda həllini tapdı.

Hörmətli Xudat sakinləri və həmin yoldan istifadə edən sürücülər Allah yollarınızı daim açıq eləsin.

İstixeber.info Xudat 22.02.2019
Rəşad Orucoğu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26