BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxlı gənclərdən qururverici addım – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvüləri Şəki şəhərində yerləşən qarışıq tipli uşaq evində olublar.

İstixeber.info xəbər verir ki, YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin bir qrup fəalı üzvü bayram gününü kimsəsiz uşaqlarla birgə keçirdilər. Gənclərin təşkilatçılığı ilə kimsəsiz uşaqlar üçün bayram süfrəsi açılıb.
Bayram tədbirini Şəki şəhər qarışıq tipli Uşaq evinin drektoru İlhamə Məmmədova açıq elan edərək bayram münasibəti ilə hər kəsi təbrik etdi. O, dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının, Çox hörmətli Vitse Prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın qayğısını həmişə hiss etdiklərini kimsəsiz uşaqlara yaradılan şəraitdən məmnun olduqlarını diqqətə çatdırdı.
Sonra YAP Yevlax Rayon Təşkilatının Sədri Maqsud Süleymanlı, sədr müavini Fərid Vaqifli çıxış edərək uşaqları və bütün kollektivi 1 iyun Beynəlxalq uşaq günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi.

REKLAM
Gənclər bildirdi ki, bu cür xeyirxah addım atmaqla düşünürük ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizə sığınan bu körpələrin qayğısına qalmalıdır. Dövlətimiz tərəfindən onlar bütün şəraitlə təmin olunsalar da, onların isti nəfəsə, səmimi münasibətə ehtiyacı var.
O körpələr müstəqil dövlətimizin gələcəyidir. Gəlin gələcəyimizi birgə qoruyaq.
Sonda hər bir uşağa ayrıca bayram hədiyyələri, geyim dəstləri təqdim edildi. Musiqi sədaları altında gənclər körpələrlə birgə rəqs edib onların sevinclərini paylaşdılar. Uşaqlarla ayrılıqda səmimi söhbət edən gənclər onların qayğıları ilə maraqlanıb, arzularını dinlədilər. Yaranan isti münasibət uşaqlara göstərilən qayğı uşaqlarla yanaşı gəncləridə çox sevindirdi.

Sənan Şəmkirli

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26