BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda zəncirvari qəzaya səbəb olan hansı məmurdur? DYP-nin gözü qarşısında…FOTO-FAKT


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında Yevlax Bərdə yolunda, “Həmdəm” ailəvi istirahət mərkəzinin qarşısında xəsarətlə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, Beləki, Bərdə istiqamətində hərəkətdə olan VAZ 21011 markalı, 46-BA-617 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax istiqamətində hərəkətdə olan Mersedes markalı, 99-NP-077 dövlət qeydiyyat  nişanlı minik avtomobilləri toqquşub. Qəzaya səbəb Mersedes markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi nəticəsində idarəetməni itirməsi göstərilir.

Qəzadan dərhal sonra Mersedes markalı avtomobilin dövlət qeydiyyat nişanı (99-NP-077) DYP-nin gözü qarşısında avtomobilin üzərindən çıxarılıb.

Aldığımız məlumata görə, Mersedes markalı avtomobili hansısa məmurdur.

Məsələni dəqiqləşdirmək üçün Bərdə şəhər DYP-nin 13-cü alayı ilə əlaqə saxlamağa çalışsaqda telefonlarımıza cavab verən tapılmadı.

Qeyd edək ki, qəza yerində Bərdə şəhər DYP-nin 13-cü alayının əməkdaşları araşdırma aparırdı.

Mövzuya qayıdacağıq…

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26