BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YEVLAXDA QANVERMƏ AKSİYASI KEÇİRİLDİ – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlaxda qan vermə aksiyası keçirilib.

İstixəbər.info xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin həkim, laborant və tibb bacılarından ibarət briqadası avqustun 29-da şəhərimizdə talassemiya xəstəliyinə tutulmuş uşaqların yaşaması üçün mühüm həyati əhəmiyyət kəsb edən qanvermə aksiyası keçirmişdir.
Səhər saat 10-da könüllü qanvermə aksiyasına qoşulanların aksiyanın keçirildiyi Rayon Mərkəzi Xəstəxanasına axını başladı. Mərkəzi Qanvermə Bankının Mingəçevir bölməsinin həkim laborantı, briqadanın rəhbəri Şamama Mahmudova ilk öncə səhiyyə ocağında onlar üçün yaradılmış imkan və şəraitə görə razılığını bildirdi. Qeyd etdi ki, yüksək xeyirxahlıq nümayiş etdirərək yaşamaq arzusu içərisində çabalayan xəstə uşaqlarımızın gözündə ümid çırağı yandırmaq məqsədi ilə könüllü qanverməyə gələnlər alqışalayiqdir. Aksiya zamanı əldə olunmuş qan tərəfimizdən tədarük edilərək talassemiya xəstələrinin istifadəsinə yönəldiləcəkdir.
Qan vermək üçün gələnlər əvvəlcə qeydiyyatdan keçərək xüsusi anket alır və yalnız həkim və laborantların ciddi müayinə və yoxlamasından keçdikdən sonra aksiyaya qoşulur.
Aksiyada Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəalları, başda idarə rəisləri, müəsisə rəhbərləri olmaqla onların kollektivləri, aksiyadan xəbərdar olan digər rayon sakinləri həttda Yevlax rayon xəstəxanasında çalışan tibb işçilərinin özləri belə fərdi qaydada yaxınlaşaraq bu xoş niyyətli xeyirxaq əməlləri ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarımıza qan verir, Məhərrəm ayında onların sağlamlıqlarına qovuşması üçün dua edirdilər. Həmin gün xeyli davam edən qanvermə aksiyasında neçə-neçə Yevlaxlı soydaşımız öz nəcib əməli ilə insanlıq borcunu yerinə yetirmiş oldular.

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26