BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda oğurluq edən şəxslər saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, martın 16-da Yevlax rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, rayon sakini Rəşad Sadıxov saxlanılıb. Araşdırmalarla onun 3300 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi daha bir əməliyyat tədbirləri nəticəsində rayonun Xaldan qəsəbəsi ərazisində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və hazırda istismar olunmayan hava xəttinin 7 dayağının metal künclüklərini, habelə 2 dayağı bütövlükdə sökərək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elman Yunusov saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26