BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda növbəti səyyari qəbul keçirildi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Problemlərin həlli üçün kəndlərdə səyyar qəbullar davam edir.

İstixəbər.info xəbər verir ki, qəbul Yevlax rayonu Yuxarı Bucaq kənd sakinləri ilə keçirilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov , Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov , dövlət idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən növbəti səyyari qəbul vətəndaşları narahat edən məsələlərin operativ həll olunması baxımından olduqca fəal və məsuldar keçdi. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan Yuxarı Bucaq kəndi bir çox infrastrukturlarla təmin olunmuşdur. Görüş zamanı sakinlər Yuxarı Bucaq kəndində əhalini narahat edən məslələrlə bağlı müraciətlər etdilər. Kəndlərarası yolların əsaslı təmiri kimi böyük layihələrlə yanaşı sakinləri narahat edən digər fərdi sosial məsələlər və suvarma arxlarının təmizlənməsi kimi müraciətlər də dinlənildi və bu kimi müraciətlər yerindəcə həll olundu. Digər məsələlərin həllinə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və həlli istiqamətində əlaqədar qurum və təşkilatlar qarşısında məsələ qaldırıldı. Qəbulda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi, respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Kənd təsərrüfatı xüsusən rayonumuzda daha da inkişaf edib. Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür. Kənd sakinləri İcra Hakimiyyəti başçısının kəndlərdə keçirdiyi bu kimi görüşlərdən məmunluqlarını ifadə etdilər. Onlar bildirdi ki, əhalinin rahatlığı naminə görülən bütün bu tədbirlər ölkə rəhbəri cənab İlham Əliyevin bizlərə diqqətidir. Biz bunu görürük və buna görə də cənab Prezidentə minnətdarlıqlığımızı bildiririk.

Görüşdən fotoları Siz oxuculara təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26