BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib (FOTOLAR)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının birgə  təşkilatçılığı ilə “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib.

İstixəbər.info xəbər verir ki, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fəxrəddin Zeynalov, Yevlax şəhər Narkoloji kabinetinin həkim narkoloqu Saleh Səfərov, eləcə də, məktəblilər, müəllimlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verib. Gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayan Natiq Əfəndiyev bildirib ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları aparmalı və maarifləndirici tədbirlər keçirilməlidir.

Daha sonra çıxış edən YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev mövzu ilə bağlı geniş çıxış edərək, narkomaniyanı əsrin bəlası adlandırıb. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Əli Quliyev belə tədbirlərin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Yevlax şəhər Narkoloji kabinetinin həkim narkoloqu Saleh Səfərov narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O bildirib ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fəxrəddin Zeynalov narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26