BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda “Müəllim günü” təntənəli qeyd olundu – (FOTOLAR)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan Şəhər Yaradıcılıq evində 5 oktyabr Beynəlxalq Müəllimlər gününə həsr edilmiş təntənəli tədbir keçirildi.

İstixəbər.info xəbər verir ki, tədbiri Yevlax şəhər Mədəniyyət Mərkəzinin drektoru Eldəniz Mustafayev açaraq 5 Oktyabr munasibəti ilə müəllim kollektivini təbrik etdi. Müəllim adının məsulliyyəti müəllim peşəsinin müqəddəsliyindən geniş söz açdı.
Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev çıxış etdi. O , müəllimlərin hər bir insanın həyatında özünəməxsus rolundan danışaraq qeyd etdi ki, bu gün tək məktəblərdə dərs deyən müəllimlərin bayramı deyil insanların həyatında iş prosesində bəzən elə şəxlər olur ki, ona bir həyat dərsi iş təcrübəsi keçir. Bunların hamısı öyrədən müəllimlik edən şəxslərdir. Müəllim sözü öyrədən deməkdir. Ona görədə bu gün sizləri bizləri öyrədən hər kəsin bayramıdır. Bizim borcumuz müəllimlərin hörmətini saxlayıb onların daim xidmətmətində durmaqdır. Biz bu gün nə qazanmışıqsa hamısında müəllimlərimizin payı var. Sevinirik ki, ölkə Prezidentimiz cənab İlham Əliyev bu gün Azərbaycan müəlliminə çox böyük hörmət qoyaraq onları daim diqqətdə saxlayır.
Sonra Əməkdar müəllim Yevlax Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev çıxış etdi. Yevlaxda ən yaşlı və idarəetmə sahəsində belə olduqca təcrübəli olan Qiyas Quliyev fürsətdən isdifadə edib öz təcrübəsini bir daha tədbir iştirakçıları ilə bölüşdü. Natiq bu gün Azərbaycan müəlliminə verilən qiymətə gorə cənab Prezidentimizə minnətdarlığını ifadə etdi. Sonra Yevlax şəhər 5 saylı tam orta məktəbin müəllimi əməkdar müəllim Əmraslan Bəşirov, 1 saylı musiqi məktəbinin müəllimləri Gültəkin Əzizova, Rəşid İsmayılov, və başqaları öz sevinclərini tədbir iştirakçıları ilə bölüşdülər. Müəllimləri bayram günü sevindirdiklərinə görə yaradıcılıq evinin drektoru Zöhrə Adığözəlovaya minnətdarlıq ifadə etdilər. Əməkdar müəllimlərə YAP Yevlax rayon təşkilatı tətəfindən qiymətli hədiyyələri təqdim olundu. Tədbir konsert proqrami ilə davam etdirildi.

Tədbirdən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

39 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26