BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda məscidi kimlər dağıdır??- Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax rayonu Aran qəsəbəsində yerləşən, sakinlərin yardımı və şəxsi ianələri hesabına inşa edilmiş məscid İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dağıdılıb.

İstixəbər xəbər verir ki, bu barədə Aran qəsəbəsində yaşayan insanlar video çəkərək sosial şəbəkələrdə paylaşıblar. Yayılan məlumatda qeyd edilir ki, sözügedən qəsəbədə 3 kənd yerləşir və kəndlərin heç birində məscid yoxdur. Bu məscid də məhz sözügedən zərurət üzündən sakinlərin uzun müddətdir topladığı şəxsi ianələr hesabına inşa edilib.

Sakinlərin sözlərinə görə 1992-ci ildən təməli qoyulan məscidin tikintisi ilə bağlı icazə almaq üçün bir neçə nəfər sənədləri hazırlayaraq aidiyyəti üzrə təqdim edib. Sənədləri təqdim etdikdən sonra Yevlax Rayon İcra Hakimiyyətindən məscidin tikintisi üçün icazə verilib və bundan sonra sakinlər pul toplayaraq hissə-hissə məscidi inşa etməyə başlayıblar. Məscidin üstü örtüldükdən və dəstəmazxanası inşa edildikdən sonra icra hakimiyyətdən gələrək bildiriblər ki, məscid sökülməlidir.

Səbəb kimi isə guya sözügedən məscidin vəhhabilər tərəfindən inşa edilməsi və radikal cərəyanın yayılacağını göstəriblər. Halbuki sözügedən məscid və ərazidə yaşayan insanlar arasında vəhhabi yoxdur və hamısı xalqımızın ənənəvi dinini, peyğəmbər və Əhli-Beyt(ə)-ın yolunu özlərinə ülgü bilirlər.

Sakinlər onu da bildirib ki, bir neçə müddət bundan öncə icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə əraziyə ağır texnika gətirilərək məscidin dəstəmazxanası və künbəzi dağıdılaraq, qapı-pəncərəsi çıxarlıb.

İstixəbər.info olaraq Yevlax Rayonu İcra Hakimiyyətindən rəsmi öyrəndik.  İcra Hakimiyyətinin içtimai əlaqələr şöbəsinin müdüri Hümmət Əhmədov bildirdi ki, Yevlax Rayonu Aran qəsəbəsindəki məscidin təmirə ehtiyacı olduğu üçün  əsaslı təmir işləri aparılır və yaxın zamanda əhalinin istifadəsinə veriləcək. Qurumun rəhbəri bu yayılan şaiələrin əsassız olduğunu bildirdi.

Sosial şəbəkələrdə yayılan video görüntünü sizlərə təqdim edirik

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26