BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda könüllülük fəaliyyətinə başlayan gənclərlə görüş keçirildi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.

Bu məqsədlə bir neçə gənc bu fəaliyyətə qoşulmaq istəyini bildirib.

İstixeber.info xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı cənab Qoca Səmədov könüllülük fəaliyyətinə başlayacaq gənclərlə görüş keçirdib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Aparatın nümayəndələri  və könüllülər iştirak edib. 2 ay müddətinə könüllülük fəaliyyətinə qoşulan gənclərlə rayon rəhbəri səmimi söhbət edərək uğurlar arzulayıb və  onların  könüllü olmalarını yüksək qiymətləndirib. Tədbirdə qeyd  edildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşmışdır. Dövlət gənclər siyasətinin uğurla  həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir.

Könüllülük fəaliyyətinə başlayan gənclər diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26