BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda “İnsan hüquq və azadlıqlarının yaratdığı məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında “Sülh aylığı” çərçivəsində, “İnsan hüquq və azadlıqlarının yaratdığı məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

İstixeber.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının gənclərlə iş üzrə məsləhətçisi Rafiq Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının hər zaman ən ali mərtəbədə durduğunu qeyd edib. Bildirib ki, hər bir kəsin doğulduğu andan ayrılmaz, pozulmaz və toxunulmaz hüquq və vəzifələri yaranır ki, bu hüquqların da qorunmasına dövlətimiz hər zaman nəzarət edir.

Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçdiyini qeyd edib. F.Vaqifli  vurğulayıb ki, ölkəmiz Avropa Şurasına üzv olandan sonra, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya edib ki, bu da Azərbaycanın demokratik ənənələrə, ədalətə, insanların hüquq və əsas azadlıqlarının təmin olunmasına sadiqliyinin ifadəsidir.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Abdullayev insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın əsasının qoyulduğunu qeyd edib.

Tədbirdə çıxış edən Yevlax şəhər “Cümə” məscidinin imamı Namiq Əliyev və digər din xadimləri İslam dinində insanların hüquq və azadlıqlarının qorunmasının başlıca amil olduğunu bildiriblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26