BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın bölgələrində olduğu kimi, Yevlax şəhərində də görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri daim yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur.

İstixəbər.info xəbər verir ki, bu gün səhər saatlarından etibarən şəhər ziyalılar, ağsaqqallar, qadınlar, gənclər, şəhərimizin qonaqları axın-axın, əllərində gül-çiçək dəstələri ilə Ulu öndərin xatirəsini yad etmək üçün Yevlax şəhərinin mərkəzi meydanına toplaşıblar. Yevlax şəhər İcra Hakimiyyətinn başçısı Qoca Səmədov , Hüquq mühafizə orqanlarının rəhbərləri, rəsmi şəxslər Ulu öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoyaraq ehtiramla baş əyərək, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.
Sonra sıra ilə Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının kollektivi hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri və bütün şəhər sakinləri ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub abidəni ziyarət ediblər.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ümummilli lider bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi hər zaman böyük minnətdarlıqla xatırlanacaq. Doğma xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dahi Heydər Əliyevin bizə əmanət qoyub getdiyi dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderin yetirməsi, yaratdığı güclü siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26