BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda avtomobil maneəyə çırpılıb — 5 nəfər yaralanıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax rayonunda yol qəzası baş verib.

İstixəbər.info-un məlumatına görə, hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər – Tovuz rayonun Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev, Gəncə sakini, 1977-ci il təvəllüdlü Kamala Nəcəfqulu qızı Əliyeva, Şəmkir rayonun Şiştəpə kənd sakinləri – 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov və 1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayevin vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26