BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda 17 iyun Tibb İşçilərinin peşə bayramı qeyd olunub – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

17 İyun Tibb işçilərinin peşə bayramı münasibəti ilə Yevlax rayonunda tədbir keçirilib.

İstixeber.info  xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Qadınlar Şurasının sədri Əminə Əhmədova, hüquq mühafizə orqanlarının rəhbərləri və digər şəxslər iştirak edib.

REKLAM

Tədbir dövlət himni ilə açıq elan edilib. Daha sonra tədbir iştirakçılarına İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar video çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən genişmiqyaslı işlər barədə məlumat verib. Bildirib ki, qısa müddət ərzində pilot tibb müəssisəsində çalışan həkimlərin, orta və kiçik tibbi heyətin əmək haqları dəfələrlə artıb. Direktor daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin adından pilot ərazilərdə icbari tibbi sığortanın təşkilində qarşıya qoyulmuş vəzifələrin icrasında peşəkarlıq və yüksək səriştə nümayiş etdirdiyinə görə 4 nəfər tibb işçisini Fəxri fərman ilə təltif edib.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək burada çalışan 3 nəfər tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edib.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev peşə bayramları münasibətilə  tibb işçilərini təbrik edərək, Rayon Mərkəzi Xəstəxanasının 3 nəfər tibb işçisinə Fəxri fərman təqdim edib.

“Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı öz çıxışında icbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətin effektliyinin, keyfiyyətinin artdığını, çağdaş günlərimizdə rayonda göstərilən tibbi xidmətlərin əhali üçün əlçatan və şəffaf olduğunu nəzərə çatdırıb. Tibb işçilərinə öz gərəkli işlərində uğurlar arzulayan Əminə Yusifqızı İcbari Tibbi Sığortanın tətbiqində ağxalatlılara qarşıya qoyulan hədəflərə çatmaq üçün yaradıcı və keyfiyyətli tibbi xidmət arzulayıb.

Yevlax rayon Səhiyyə işçiləri Həmkarlar ittifaqı şurasının sədri Nurlana Məmmədova peşə bayramında  keyfiyyətli tibb xidməti ilə seçilən 3 nəfər səhiyyə işçisini Fəxri fərman ilə təltif edib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Tədbirdən fotoları sizlərə təqdim edirik:

Sənan Şəmkirli Yevlax 2019-cu il

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26