BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda 15 iyun Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirildi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  

Yevlax şəhər Şəhər İcra Hakimiyyəti , YAP Yevlax rayon təşkilatı və Şəhər Mədəniyyət Mərkəzi ilə birlikdə Yevlax şəhərində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir

İstixeber.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra müstəqillik illərindən bəhs edən filmə baxış keçirildi. Tədbiri giriş sözü ilə YAP Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev açıq elan etdi .

REKLAM
Natiq qeyd etdi ki, həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddaratinda həlledici rol oynayır, Azərbaycan üçün 1993-cü ilin iyunun 15-i məhz belə tarixlərdəndir. Sonra Bərdə regional Mədəniyyət idarəsinin Yevlax nümayəndəsi Rafiq Məmmədov geniş məruzə ilə o dövrdə baş vermiş hadisələri ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə nəzərinə çatdırdı. Heydər Əliyevin Azərbaycançılıq ideologiyası ərtafında fikir mübadiləsi apararaq dahi şəxsiyyətin fəaliyyətini bir daha diqqətə gətirdilər.
Sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Qənimət Qaraşov Yevlaxlı ziyalılar adından cənab Prezidenti, onun ailəsini və bütün Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik etdi. Qaraşov bildirdi ki, 15 iyun tarixini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, bu gününün və gələcəyinin formalaşmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.
Sonda YAP Yevlax Şəhər Təşkilatının sədr müvini, aparat rəhbəri Əli Quliyev çıxış etdi. O, vurğuladı kı, Heydər Əliyev ideyalarının təntənəsi olan Müstəqil Azərbaycan Dövləti bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində nəinki Avropa, Dünya ölkələri arasında belə özünəməxsus mövqeydə dayanır. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş günü , Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Sənan Şəmkirli Yevlax 2019-cu il

İstixeber.info

62 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26