BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax sakini yeyib-içdiyi dostları tərəfindən bıçaqlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

İstixəbər.info Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Əyyublu kəndində kirayədə yaşayan Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Rzayev Qurban Qənahət oğlu elə həmin evdə döyülərək bıçaqlanıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, Q.Rzayev kirayədə qaldığı evdə 3 nəfər tanışı ilə yeyib-içiblər. Sərxoş vəziyyətdə olan dostlar arasında mübahisə başlayıb və Q.Rzayev döyülərək bıçaqlanıb. Tanışları Q.Rzayevi əvvəlcə evdən qovmaq istəyiblər və mübahisə də buna görə yaranıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar başlanıb və Q.Rzayevi döyərək bıçaqlayan şəxslər müəyyən edilib. Hazırda onların saxlanılması istiqamətində əməliyyat tədbirləri görülür.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26