BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax sakini şikayətçidir – “Atamın dəfn edilməsi üçün ayrılan pulu kim verməlidir?” – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax sakini Əfqanıstan müharibəsi veteranı olan atası üçün dəfn pulu ala bilmir.

Bu barədə Yevlax rayon sakini Qubanov Nicat İlqar oğlu İstixeber.info-ya məlumat verib.

Onun sözlərinə görə, 08.02.2019-cu ildə atası Qurbanov İlqar Soltan oğlu “kəskin qaraciyər çatışmamazlığı” səbəbindən dünyasını dəyişib. Atam “Əfqanıstan Müharibəsi Veteranı” olub.

Mərhumun varisi deyir ki, atamın dəfn mərasimində nə Yevlax rayon İcra Hakimiyyətindən nədə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən heç kim iştirak etməyib.

Atam Əfqanıstan Müharibəsinin veteranı kimi 55 manat yardım alırdı. 2 il 6 ay Əfqanıstan müharibəsində iştirak edib. Veteran ailəsi olaraq bizə heç bir qrum köməklik göstərmir.

DSMF-un Yevlax rayon şöbəsi

Mən dəfn pulu almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə yaxınlaşdım. Ordan mənə bildirdilər ki, Əfqanıstan Müharibəsi Veteranları üçün dəfn pulu ayrılmayıb, ayrılsa bizdə sizə verərik.

SHXÇDX Yevlax rayon şöbəsinin rəisi Elməddin Cəfərov

Bu məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərovun qəbulunda da olmuşam. E. Cəfərov mənə deyib ki, biz sənə heç bir köməklik göstərə bilmərik.

Bəs mənim atamın dəfn edilməsi üçün ayrılan pulu kim verməlidir? Məgər mənim atam Azərbaycan vətəndaşı deyildi?

Sizdən artıq dərəcədə xahiş edirəm, mənim müraciətimi işıqlandırasınız.

Müraciətimə baxılmasa vitse-prezident Mehriban Əliyevaya və prezident İlham Əliyev cənablarına müraciət edəcəm.

Biz İstixeber.info olaraq DSMF-nun Yevlax rayon şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bizə bildirdilər ki, Əfqanıstan Müharibəsi veteranı üçün dəfn pulunun verilməsi DSMF-nun səlahiyyəti çərçivəsində deyil.

Əfqanıstan Veteranları Cəmiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Əfsuslar olsun ki, qrumun telefonları fəaliyyət göstərmədiyindən məsələ ilə bağlı məlumat ala bilmədik.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi ilə əlaqə saxlamağa çalışsaqda, telefonlarımıza cavab verən tapılmadı.

Qeyd edək ki, Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunun 23 -cü maddəsinə əsasən – vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları büdcənin vəsaiti hesabına dəfn edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Sənan Şəmkirli

İstixeber.info Yevlax 2019-cu il

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26