BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax şəhər Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası növbəti tədbir keçirdi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tədbir 26 iyun beynəlxalq narkomaniya əlehinə mübarizə gününə həsr edilmişdir.

İstixeber.info xəbər verir ki, Heydər Əliyev mərkəzinin geniş zalında keçirilən tədbirə Şəhər Təhsil Şöbəsinin, Mərkəzi Şəhər Xəstəxanasının, Mədəniyyət və Turizm Şöbəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri, valideynlər dəvətli idilər.
Əvvəlcə tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanıldı.
Sonra tədbiri giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini Yevlax şəhər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Qənimət Qaraşov açaraq mövzu haqqında auditoriyaya məlumat verdi.
Bundan sonra tədbir iştirakçıları birgə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı filmə tamaşa etdilər.
Çıxışını davam etdirən Qənimət Qaraşov bugünkü mövzunun aktuallığına diqqət çəkdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb və ölkəmiz bu yolla inamla irəliləyir. Bu böyük inkişafda gənclərin rolu və əməyi təqdirəlayiqdir. Sağlam, intellektual, vətənpərvər gənclik ölkənin gələcəyi, dövlətin sərvətidir. Bu sərvətin qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur.
Natiq çıxışının davamında təəssüflə qeyd etdi ki, bu gün yaxşı işi, əməli, düşmənlə döyüşlərdə şücaəti, qəhrəmanlığı ilə hər birimizin fəxr, iftixar yeri olan gənclərlə yanaşı zərərli vərdişlərlə həm öz həyatını və sağlamlığını itirən, həm də ətraf üçün arzuolunmaz, təhlükəli bir fərdə çevrilənləri də var. Bunun çox ürəkağrıdıcı bir hal olduğunu söyləyən Qənimət Qaraşov narkomanlığa qarşı effektiv mübarizənin bütünlükdə cəmiyyətin birgə səylərindən çox asılı olduğunu vurğuladı.
Sonra Polis mayoru Mubariz Cəfərov narkomaniyaya qarşı mübarizədə rəhbərlik etdiyi polis orqanının son vaxtlar gördüyü işlər və əldə olunan nəticələr barədə danışaraq, fikirlərini faktlarla əsaslandırdı.


Narkoloq həkim Saleh Səfərov da öz növbəsində bəşəriyyətin bir nömrəli problemləri sırasına öncüllük edən narkomaniyadan uzaq olmağın ən yaxşı yolunun elmdən, təhsildən keçdiyini bildirdi. Qeyd etdi ki, belə maarifləndirici tədbirlərin keçirilməsi olduqca əhəmiyyətli və faydalıdır, odur ki, belə auditoriyalarda tez-tez görüşməli, gənclərimizi və yeniyetmələrimizi məlumatlandırmalıyıq. Həkim narkoloq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013- 2018-ci illər Dövlət Proqramı”nın icrası ilə bağlı 2015- ci ildə ölkə ərazisində, o cümlədən Yevlaxda görülən işlərdən danışdı
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev bildirdi ki, gənclərin milli-mənəvi dəyərlərimizə hörmət, elmə, təhsilə məhəbbət ruhunda tərbiyəsinin, asudə vaxtlarının səmərəli təşkilinin narkomaniya ilə mübarizədə ən kəsərli vasitə olmasından söz açdılar. Əli Quliyev xüsusi ilə vurğuladı ki, bu gün cənab Prezidentin gənclərə qayğı və diqqəti sayəsində gənclərin bir vətəndaş ölkənin sağlam gələcəyinin təminatçısı olaraq formalaşması üçün hər cür şərait yaradılmışdır. Üzərimizə düşən vəzifə yaradılmış şəraitdən gəncləri maksimum faydalandırmaqdan ibarət olmalıdı. Bu istiqamətdə hərbirimiz bir təbliğatçı olmalıyıq.
Tədbiri Komissiya sədri Qənimət Qaraşov yekunlaşdırdı.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26