BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov kənd sakinləri ilə növbəti səyyari qəbul keçirdi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov vətəndaşlarla növbəti səyyari qəbul keçirdi.

İstixeber.info xəbər verir ki, qəbul Yevlax rayonu Qaraməmmədli kənd sakinləri ilə keçirilmişdir. Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ,Hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər
Qəbulda kənd sakinləri rayonda və eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qazla və və asvalt yol infrastrukturu ilə təmin olunmasından böyük razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Vətəndaşlar onları narahat edən bəzi məsəslələrlə də əlaqədar müraciət etdilər. Qaraməmmədli kənd orta məktəbinin əsaslı təmir olunması, kəndin içməli su ilə tam təminatı kimi iri layihələrlə yanaşı kənd sakinlərinin fərdi qaydada ehtiyac duyduğu məslələr adiyyəti təşkilatlarlar tərəfindən nəzarətə götürüldü. İcra başçısı tərəfindən aidiyyəti qrumlara bu istiqamətdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verildi. Fərdi müraciətlərin əksəriyyəti yerindəcə həll olundu
Sonda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Qaraməmmədli kəndi bir çox infrastrukurlarla təmin olunub, rayonumuzda da ümumilkdə durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26