BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Nəsimi 650” adlı tədbir təşkil edilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mayın 3-də Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Nəsimi 650” adlı tədbir təşkil olunub.

İstixeber.info xəbər verir ki, “İmadəddin Nəsimi-650” adlı tədbir Yevlax şəhər Heydər Əliyev Mərkəzi və şəhər 1 saylı musiqi məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçılarını salamlayan Heydər Əliyev Mərkəzinin əməkdaşı Fidan Məmmədova çıxış üçün sözü Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımovaya verib.

A.Qasımova qeyd edib ki, tədbir Prezident İlham Əliyevin “Nəsimi ili” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunub: “Mənə elə gəlir ki, bu illərdən xalqımıza cild-cild kitablar və filmlər qalacaq. Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bu günkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan yaxşıca bəhrələnə biləcəklər”.

Daha sonra Bərdə regional Mədəniyyət evinin rəhbəri Rafiq Məmmədov söyləyib ki, bu ilin bütövlükdə İmadəddin Nəsiminin adı ilə bağlı olması olduqca təqdirəlayiqdir.

“Sərəncam bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaratdı. Xalqımızın tarixində böyük mütəfəkkirlər, ədiblər olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan tarixində olduqca fövqəladə hadisəyə çevrilmişdi. O vaxt Nəsimiyə heykəl də qoyuldu, film də çəkildi, elmi işlər yazıldı, kitablar çap edildi”, – deyə R.Məmmədov bildirib.

R.Məmmədov vurğulayıb ki, ötən müddətdə Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, yaradıcılığı ilə dünya ictimaiyyəti tanış olub: “UNESCO səviyyəsində Nəsimi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi nəticəsində bir sıra tədbirlər təşkil edilib. Ötən illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi incəsənət Festivalı keçirildi. Festival çərçivəsində Azərbaycana çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar gəldi. Bu festival da Nəsimi irsinin təbliği və dünyaya bir daha tanıdılması ilə yanaşı, ölkəmizin də yaxşı tanınması üçün yeni imkanlar açdı. “Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə bir başa əlaqəlidir.

Daha sonra tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzinin əməkdaşları, 2 saylı musiqi məktəbinin kollektivi və məktəblilərin təşkil etdiyi konsert və səhnəciklər nümayiş olunub.

Tədbirdən fotoları sizlərə təqdim edirik:

Sənan Şəmkirli Yevlax 2019-cu il

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26