BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax rayon MKİB-dən Heydər Əliyevin adına hörmətsizlik – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax rayonunun problemlərindən biri də zibil qutularının az olması və yığılıb qalan zibillərin daşınmamasıdır. İllərdir bu problem öz həllini tapmır.

Çox vaxt restoranların, yaşayış binalarının ətrafından keçən zaman qalaqlanmış və üfunət iyi verən zibillərə rast gəlirik. Yevlax isti rayon olduğu üçün ərazidə olan üfunət qoxusu qısa zamanda ətrafa yayılır.

İstixəbər.info xəbər verir ki, Yevlax rayonu Heydər Əliyev prospektində yığılıb qalan zibillik həm  rayonun, həmdə Ulu Öndər Heydər Əliyevin adına böyük bir hörmətsizlikdir.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyev

Adı çəkilən prospektdə müşahidə olunan mənzərə heçdə ürək açan deyil.

Yevlax rayonu Heydər Əliyev Prospekti

Küçələrdə toplanıb qalan, külək olan kimi havada uçuşan çirkli polietilen paketlərin səbəbkarı kimlərdir? Niyə zibillər vaxtında daşınmır?

Yevlax rayon sakinləri zibil qutularının az olmasında şikayətçidirlər.

Ərazidə yaşayan Rəhimə Məmmədova deyir ki, rayonun görünən hissəsində zibil qutuları yerləşdirilib:

“Küçəarası yerlərdə zibil qutuları azdır. Heç bir qurumun marağında deyil ki, üfunət iyi verən, sağlamlığımıza zərərli olan zibillər vaxtında daşınsın. Qutulara atılan çirkab suları ətrafa axaraq xoşagəlməz mənzərə yaradır”.

Yevlax rayonu Nizami Prospekti

Məsələ barədə Yevlax İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxladıq.

Yevlax rayon Mənzil Kommunal İstehsalat Birliyi

İstehsalat Birliyindən bildirildi ki, qurum zibillərin toplanması məsələsinə gündəlik nəzarət edir.

Necə nəzarət edirlərsə günlərlə topalanmış zibilliklər hələdə yerində qalır.

Yevlax rayonu Heydər Əliyev Prospekti

Təbii ki, məsələyə birtərəfli baxmaq olmaz. Bu məsələdə iki amili diqqətdə saxlamaq lazımdır. Bunlardan biri, ərazilərdə zibil qutularının az olmasıdırsa, digəri əlindəki zibili yaxınlıqdakı qutulara atmayan insanlardır.

Yevlax rayonu Nizami prospekti

Bəzən küçələrdə qoyulan zibil qutuları arasında məsafə çox olduğundan insanlar əllərindəki zibilləri uzun məsafəyə aparmaq istəməyib, ətrafa atırlar. Bu isə ətraf mühiti çirkləndirir. Bəzən də insanlar tullantıları, sadəcə, mədəniyyətsizcəsinə yaxınlıqdakı zibil qutularına atmırlar.

Hər birimiz dəfələrlə şahidi olmuşuq ki, yolda maşının şüşəsini endirib, tullantıları (içki butulkası, dondurma qabı, kağız, saqqız və s.) ətrafa tullayıblar.

Nəzərə almaq lazımdır ki, atılan tullantılar bizim sağlamlığımıza zərər verir. Digər tərəfdən, bu, rayonun təmizliyini pozur. Unutmamalıyıq ki, göstərdiyimiz hər bir mədəniyyət bizim xarici ölkədə tanınmağımızın güzgüsüdür.

Küçələrin natəmizliyində rayon sakinlərinin günahı olsa da, adiyyəti qurumlar da məsuliyyətlərini yerinə yetirməlidirlər. Küçələrdə zibil qutuları azdır. Yaxın məsafə fərqi ilə zibil qutuları yerləşdirilməlidir.

Son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zibillərin ətraf mühitə atılması, qalaqlanması ilə bağlı bir sıra tədbirlər görülür, cərimələr tətbiq edilir. Məsələnin həlli ilə adiyyəti qurumlar məşğul olmalıdır.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26