BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun sakinlərlə növbəti görüşü keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov rayonun idarə və müəssisələrinin, hüquq mühafizə orqanlarının iştirakı ilə Hürüuşağı kəndində növbəti səyyar qəbul keçirmişdir.

İstixeber.info xəbər verir ki, keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.


Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini söyləyən icra başçısı Qoca Səmədov bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir.
Qarşılıqlı dialoq şəraitində keçirilən görüşdə Hürüuşağı kənd sakinləri tərəfindən əkin torpaqlarının suvarılması, kənd məktəbinin və kənd uşaq baxçasının əsaslı təmiri yaxud yenidən qurulması, işlə Sosal yardım alınması və özünü məşğulluqla bağlı müraciətlər olunub. Bu və digər qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb, yerindəcə əlaqədar qurum və təşkilat rəhbərlərinə məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək mümükün məsələlər həll olunub digərlərin həlli nəzarətə götürülüb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26