BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax rayon İcra Hakimiyyəti tərəfindən Qurban əti paylanıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı İslam dinində xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da Qurban bayramı qeyd olunmuşdur.

İstixəbər.info xəbər verir ki, Yevlax rayon İcra Hakimiyyəti tərəfindən Yevlax rayonunda Qurbanlar kəsilərək 1500-dən çox ailəyə paylanılmışdır. Yevlax rayon İcra hakimiyyətinin başçısı adından sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik etmiş, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıblar.

O, cümlədən rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun göstərişi ilə kənd icra nümayəndələri tərəfindən qurbanlar kəsilərək aztəminatlı ailələrə paylanılmışdır.

Rayon İcra Hakimiyyətinin başçısının digər bir göstərişi ilə rayon ərazisində yerləşən hərbi hissələrə iri buynuzlu heyvanlar paylanılıb.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

İstixəbər.info İnformasiya Portalı Yevlax rayonu 2018-ci il

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26