BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax Cümə Məscidində bayram namazı qılınıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlaxda Ramazan bayramı münasibəti ilə bayram namazı qılınıb

İstixeber.info xəbər verir ki, Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə Yevlax Cümə Məscidində də bayram namazı qılınıb, dualar oxunub.

REKLAM

Yevlax şəhər Cümə Məscidində baş tutan bayram namazına çoxlu sayda toplaşan insanlar vətənimiz üçün səadət və əmin-amanlıq diləyib, işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsini arzuladılar. Bayram namazından sonra dualar oxundu. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət diləndi.

Otuz gün ərzində oruc tutmaqla islam dinin əsas şərtlərindən birini yerinə yetirənlər, bununla həm ruhən və cismən saflaşmış oldular, həm də bu müddətdə aclığa qarşı öz iradələrini nümayiş etdirdilər.

Ramazan ayı həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir.

Qeyd edək ki, islam aləmində Ramazan bayramında valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur.

Bundan başqa, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Onun miqdarı 3 kiloqram xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Bu isə hər ailə üzvünə görə ən azı 3 manat fitrə payı çıxarılması deməkdir. Fitrə payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır. Allah oruc və namazlarınızı qəbul etsin.

Bayramınız mübarək!

Sənan Şəmkirli

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26