BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Yenidən evlənmək ola da bilər, olmaya da…”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Konsertə hazırlaşıram. Ən az 1 saat yarım səhnədə olacam. Bu dəfə daha maraqlı “Stand-up” edəcəm. Dekabra çatmasam, yanvarda keçirəcəyəm.

İstixəbər.info bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında yumor ustası Fərda Xudaverdiyev deyib. Aktyor ondan sonra stand-up edən həmkarlarından danışıb:

“İlk dəfə Azərbaycana bunu mən gətirmişəm. Həmin vaxt dedim ki, bunu edirəm, Azərbaycanda inkişaf etsin. Sevinirəm ki, məndən sonra stand-up etməyə başlanılıb. Sevinirəm onların işlərinə, bəlkə bundan sonra rəqabət ola”.

Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Fərda bu haqda danışmaq istəməyib. O, övladları ilə tez-tez görüşdüyünü söyləyib. Fərda yenidən evlənib-evlənməyəcəyi ilə bağlı suala isə belə cavab verib:

“Yenə də bu haqda çox danışmayacam. Allah hamını xoşbəxt etsin. Övladlarımla tez-tez görüşürəm. Hələ ki, yenidən evlənmək haqda fikirləşmirəm. Ola da bilər, olmaya da…”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26