BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxıldı – SUMQAYITDA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sumqayıt şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İstixəbər.info hadisə şahidlərinin məlumatına istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Ədalət Həbibov ehtiyatsızlıq nəticəsində müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Onun yıxıldığını görən şəxslər dərhal nəzarətçi həkimlərə xəbər veriblər. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, kişi orada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26