BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yaşlı kişi özünü metro qatarının altına atdı – Azərbaycanda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb.

Bu barədə İstixəbər.info saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, relslər yüksək gərginlikdən ayrılıb və sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib. Onun sözlərinə görə, sərnişin xəsarət almayıb:

“İki reys arasında uzandığı üçün xəsarət almayıb. Məlum olub ki, həmin şəxs içkili imiş”.

Qeyd edilib ki, hazırda qatarların hərəkətində problem yoxdur.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26