BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YAP Yevlax şəhər Təşkilatı “Heydər Əliyev 96”- devizi altında Yevlax şəhər 2 saylı uşaq musiqi ilə birgə tədbir keçirdi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatı və Yevlax şəhər 2 saylı uşaq musiqi məktəbi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” ədəbi bədii musiqili tədbir təşkil olunmuşdur.

İstixeber.info xəbər verir ki, tədbirdə YAP Yevlax Şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev, YAP Yevlax şəhər Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşı Elnarə Məmmədova və Partiya fəalları iştirak edirdilər. Tədbiri Yevlax şəhər 2 saylı uşaq musiqi məktəbinin Allahverdi Cəbrayılov açaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları Ulu öndərin Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan respublikasının dövlət himni səsləndirildi. Sonra 2 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdlərdən ibarət xor kollektivi uşaq musiqi ansabılı kollektiv və fərdi qaydada konsert proqramı ilə çıxış etdilər. Şagirdlərin ifasında bədii qiraətlə bəzədilmiş konsert proqramı tədbir iştirakçılarına xoş ovqat bağışladı.
YAP Yevlax Şəhər Təşkilatının Sədr müvini, Aparat rəhbəri Əli Quliyev keçirilən tədbiri yüksək qiymətləndirdi. O tədbirin mahiyyəti haqqında məlumat verdi. Bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, Xalqımızın ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin vətəndaşlıq borcudu. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Bu gün biz Heydər Əliyev işığına toplaşmışıq. Sevinirik ki, Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyevin ideyası bu gün ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.
Sonra çıxış edənlər YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşı Vaqif Əliyev Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdılar. Və bu cür yüksək səviyyədə hazırlanmış konsert proqramına görə məktəb kollektivinə minnətdarlıq etdilər.
Sonda Yevlax 2 saylı uşaq musiqi məktəbinin drektoru Allahverdi Cəbrayılova, müəllimlərdən ibarət xor kollektivinə və şagirdlərdən ibarət ansabıla və xor kollektivinə YAP Yevlax Şəhər Təşkilatının fəxri fərmanları təqdim olundu təqdim edildi.

Sənan Şəmkirli Yevlax 2019-cu il

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26