BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YAP Yevlax Şəhər Təşkilatı Gənclər Birliyi İlk təşkilatlarda gənclərlə görüşlər keçirir – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatı Gənclər Birliyi “Mədəniyyət” məhəlli ilk partiya təşkilatında gənlərlə görüç keçirdi.

İstixəbər.info xəbər verir ki, tədbir İştirkçıları əvvəlcə Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ulu öndərin büstü önünə gül dəstələri qoyub onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra gənclərin konfrans zalında tədbiri davam etdirildi. Heydər Əliyevin Azərbaycan gəncliyi haqqında söylədiyi fikirlər və YAP yevlax şəhər təşkilatının keçirdiyi tədbirlərdən ibarət video çarxa baxdılar.

Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin keçirdiyi tədbirlərin video çarxı.

Опубликовано Maqsud Suleymanli Вторник, 18 сентября 2018 г.

Tədbiri YAP Yevlax Şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev açaraq tədbirin mahiyyəti və gənclərlə keçirlən bu görüçün məqsədi haqqında məlumat verdi. O bildirdi ki Heydər Əliyev siyasətinin gənclər tərəfindən öyrənilməsi, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Azərbaycan gənliyinə göstərdiyi yüksək qayğı və diqqətin təbliği YAP Yevlax şəhər təşkilatının qarşıya qoyduğu ən böyük prioritet məsələdir. Çünki sağlam gənclik yalniz sağlam siyasi əqidə və uğurlu yolla inkişaf edə bilər. Görüşdə əsas məqsədimiz sıralarımıza yeniz qoşulmuş olduqca fəal gənləri aşkar etmək və onlara inkişaf etmələri üçün şərait yaratmaqdır. Məlumat üçün bildirim ki, qarşıdan konfransları gəlir. Bu məqsədlə biz məhəlli gənclərimizlə fərdi və toplum qaydada görüçlər keçirərək şəhərimizin inkişafı üçün ən fəal gənlik ordusunu formalaşdırmalıyıq.
Sonra YAP Yevlax şəhər təşkilatı Gənclər Birliyinin sədri müavini Maksud Süleymanlı və başqaları Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının şərəfli həyat yolundan danışaraq Xalq və Partiya məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını və bu şəraitdə gənclərin inkişafını diqqətə çatdırdılar.
Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda elecə də ölkəmizdən kənarda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürü Yeni Azərbaycan Partiyasının inkişafının göstəricisidir.
Tədbir gənclərlə qarşılıqlı diskusiya dialoq şəaraitində davam etdirildi. Sonda Zülfiyyə Vəlizadə “Mədəniyyət” məhəlli ilk partiya təşkilatının sədri seçildi.

Tədbirdən Fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26