BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

İstixber.info xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirib.

Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılıb.

İstixber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26