BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xuraman Əlibəyli: Hamiləlikdə təziq və onun fəsadları – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Arterial təzyiq orqanizmin və ilk növbədə ürək-damar sisteminin normal fəaliyyətinin əsas göstəricisidir.

İstixeber.info xəbər verir ki, hamilə qadın öz arterial təzyiqinə daim nəzarət etməlidir. Bəzən arterial təzyiqinin dəyişilməsi heç bir simptomla özünü büruzə vermir, lakin bu zaman döl üçün ciddi təhlükə yaranır. Hamiləlik zamanı ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir. Ürək-damar sistemi xüsusilə yüklənir. Ananın orqanizmində yeni qan dövranı əmələ gəlir – ana – cift – döl. Qadının orqanizmdə dövr edən qanın miqdarı, bədən çəkisi artır. Ciftdə qan dövranı çox sürətlidir – hər dəqiqə buradan 500 ml qan keçir. Hamiləliyin 7-ci ayında ananın orqanizmində 5300-5500 ml qan dövr edir (müqayisə edin – hamiləlikdən əvvəl bu 4000 ml təşkil edirdi). Artmış yükləməyə cavab olaraq ürəyin çəkisi, ürəyin paylarının ölçüləri artır. Bütün bu dəyişikliklər arterial təzyiqinin dəyişilməsinə səbəb olur. Cavan və orta yaşlı qadınlar üçün normal arterial təzyiqinin göstəriciləri – 130/85 c.st kimidir. Əgər hamilə qadında təzyiq 130/85 – 139/89 c.st. kimi qalxırsa, belə qadın daim həkimin nəzarətində olmalıdır. Əgər hamilə qadının təzyiqi 140/90 c.st və daha artıq qalxırsa, qadına arterial hipertenziya diaqnozu qoyulur və müalicə təyin olunur. Bəzi ağır hallarda qadın müalicə üçün xəstəxanaya yerləşdirilir.
Hamiləlik zamanı arterial hipertenziya daha tez-tez bu hallarda inkişaf edir:
– Əgər hamiləlikdən əvvəl qadının arterial təzyiqi normadan artıq qalxırdısa.
– Əgər qadında hormonal pozulmalar, böyrək xəstəlikləri, böyrəküstü vəziləri, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet varsa.
– Əgər qadının yaxın qohumları arasında hipertoniyadan əziyyət çəkənlər varsa.
Yadınızda saxlayın, güclü tərləmə – parazitlərin bədəndə …
– Qadının bədən çəkisi normadan artıqdırsa.
– Qadın hamiləlik zamanı həddən artıq çox işləyir, yorulur, streslərə məruz qalır. Hamiləliyin əvvəlində qadınlarda arterial təziyiq əksər hallarda enir. Bu qanda proqesteronun artması ilə bağlıdır. Proqesteron əzələlərin və damarların tonusunu azaldır və bu səbəbdən təzyiq bir qədər düşür.

İstixeber.info 13.05.2019

Rəşad Orucoğlu

Yaqub Mehdiyev

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26