BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudatın kanalizasiya və su problemləri gün-gündən artır. Sakinlərin şikayətini İstixeber.info araşdırdı – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat şəhəri Zavod qəsəbəsinin bina 1 sakinləri saytın qaynar xəttinə belə bir şikayət məktubu ünvanlayıblar.

İstixeber.info xəbər verir ki, sakinlər deyir ki, artıq 2-gündür kanalizasiya xətlərinin tutulması həyət-bacanı üfunətli hala salıb. Binanın altı çirkab sularla dolub. Bu bir yana qalsın zirzəmiyə dolan sular artıq özünə yol tapıb küçəyə axır. İydən evdə oturmaq mümkün deyil. Oxucularımızın nəzərinə onu da çatdırmaq istəyirik ki, sözün həqiqi mənasında Xudatın kanalizasiya sisteminin yenilənməsinə tam ehtiyyac var. Bu məsələnin kökündən həll edilməsi yerli qurumların gücü səviyyəsində deyil. Həm içməli su , həmdə kanalizasiya sistemi çox bərbad vəziyyətdədir. Bir müddət öncədə Xudatın daxili kanalizasiya xətlərində tutulmalar baş vermişdi və biz də xəbər saytı olaraq bu məsələni işıqlandırıb müəyyən qədər məsələnin həllinə nail olmuşduq.

Xudat şəhərində su, kanalizasiya xətlərinin yenidən qrulması vaxtını dəqiqləşdirmək üçün Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Anar müəllim İstixəbər.infoya bildirdi ki, Xudatın su, kanalizasiya məsələsindən xəbərimiz var. Bu şəhərdə dediyiniz işlər tam olaraq yenidən qurulmalıdır. Məsələ qeydiyyata götürülüb. Maliyyə imkanları ayrılan kimi tez bir zamanda su , kanalizasıya sistemi yenidən qurulub əhalinin istifadəsinə veriləcək.

Xaçmaz Rayon İH-nin Xudat şəhər üzrə MKİ-sahəsinin rəisi Bəxtiyar Hüseynovla qəsəbə sakinlərinin şikayəti ilə bağlı belə bir açıqlama verdi.

Xudatın kanalizasiya sisteminin vəziyyəti hamıya məlumdur. Həmin bina 1-də məskunlaşan sakinlərin problemi qisməndə olsa dünən aradan qaldırıldı. Amma sizin nəzərinizə onuda çatdırım ki, həmin bina sakinlərinin ümümilildə 4327manat 30 qəpikdən yuxarı borcu var. Bu illərin borcudur yığılıb. Bəs siz deyin əyər bir binanın tək bu qədər borcu varsa dediyiniz xərcləri necə qarşılıyaq? İndi bu insanlar yerli insanları dava-dalaşda etmək olmur. Məsələnin həlli üçün kanalizasiya sistemi tam təmir olunsa bizimdə dilimiz vətəndaşların yanında uzun olar. Qanunla borcları yığa bilərik. Bu problemlər indilərin yox illərin problemidir. İnşallah bu illər ərzində yeni kanalizasiya və su xətlərinin tam təmir və yenidən qurulması tarixini bizdə səbrsizliklə gözləyirik.

İstixəbər.info olaraq sakinləridə dinləmək istədik. Çəkiliş etdiyimiz vaxt Bəxtiyar və Rafik müəllimdə bizlə birlikdə idi. Xudat K/Z bina 1-n sakinləri Suracət Qasımova, Xanxanım İsrafilova, Şükufə Mirzağayeva, Firəngiz Maumudova, Şahbacı Şükürova və.s deyirlər ki, bu kanalizasiyanın partlamasına səbəb yoldan keçən ağır kamazlar və nəqliyyat vasitələridir. Yol kənarındakı un dükanı və marketə yük aparan maşınlar bu xəttin üstündən keçir. Buna görədə bizlər bu cür problemlə üz-üzə qalmışıq..

Sakinlərin dediyi marketlərin sahiblərinə yaxınlaşıb məsələni agah etdik. Sahibkarlar dedi ki, qırılan borunu bir dəfə özümüz təmir etmişik. Amma yenədə heç bir problem yoxdu. Xərci nədirsə yenədə köməklik etməyə hazırıq. Amma nəzərinizə çatdıraq ki, bizimdə yol istəmək və bu yoldan istifadə etmək haqqımız var. Qanunla qalsa bu işi biz həll etməli deyilik. Amma yenədə əhali bizim əhalidir. Nə lazım olsa biz hazırıq.
Vətəndaşların müraciətini qeydə alıb və həllinədə nail olduq.

İstixeber.info saytı adından sakinlərə demək istəyirik ki, problemlərinizin həll olunmasını istəyirsinizsə komunal ödənişləridə zamanında ödəmək lazımdır.

İstixeber.info Xudat 20.02.2019
Rəşad Orucoğlu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26