BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudatda yolun bərbad hissəsinə görə utanıb-qızaran işıqfor. FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki, Xaçmaz rayonu Xudat şəhərinin mərkəzi küçəsində yolun bir hissəsi bərbad vəziyyətə düşüb.

Belə ki, mərkəzi küçənin sonu Heydər Əliyev parkının qarşısı, işıqfor adlanan ərazinin yaxınlığında böyük dəliklər əmələ gəlib. Oxucuların nəzərinə onu da çatdırmaq istəyirik ki, dediyimiz yoldan Bakıdan Rusiya istiqamətində və əks istiqamətdə , digər ölkələrə gedən iritonajlı ağır yük maşınları və ölkəyə gələn tutistlər demək olar ən çox istifadə etdiyi yoldur. Yolun bu hissəsinin bu vəziyyətdə düşməsi ən çox şəhər sürücülərini və sakinlərini narahat edir. Yolun təmirsiz qalması işıqforun tez yanıb sönməsi məsələni bir azda qəlizləşdirir. Məsələni dövlət qrumları səviyyəsində dəqiqləşdirmək üçün həmin ərazidə video, foto çəkiliş aparıb başladıq suallarımızı aidiyyatı qrumlara verməyə. Çünki  yolun sağ və sol hissəsi yenidən təmir olunub istifadəyə verilib. Amma bu hissə niyə unudulub bizə maraqlıdır.

Məsələ ilə bağlı ilk öncə Xudat şəhərinin Bələdiyyə sədir Elman Allahyarovdan münasibət öyrəndik. Elman müəllim bildirdi ki, yolun vəziyyətindən xəbərimiz var. Həmin yolun çəkilişini aparan şirkətə məlumat vermişik. Yəqin ki, yaxın zamanlarda bu ərazi təmir olunacaq. Araşdırdığımız məsələnin həlli yolunda Xaçmaz rayonunda yerləşən 4- saylı Yol Təmir Tikinti idarəsinin rəisi İsgəndər Hacıyevlə əlaqə saxladıq. İsgəndər müəllim cavabında bildirdi ki, dediyiniz yolda yaranan dəliklərin bərkidilməsini yaxın günlərdə həyata keçirəcəyik. Qaldı ki, yolun tam təmirinə bu bizim səlahiyyətimizdə yox yolun çəkilişini həyata keçirən şirkətin üzərinə düşür.
Hər iki yerli qrumun verdiyi vədləri dinlədikdən sonra Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar bəy İstixəbər.info-ya cavabında bildirdi ki, magistiral yolların çəkilişi və təmiri bizim səlahiyyətimizdədir. Lakin şəhər daxili yolların təmiri və yenidən qurulması digər qrumlar tərəfindən həyata keçirilir. Dediyiniz məsələnidə qüvvədə saxlayır, problem aidiyyatı qrumlara yönləndiriləcək.

Bizdə İstixəbər.info saytı olaraq Xudat sakinlərinə bir neçə gündə səbirli olmağı və həmin ərazinin təmir olunub istifadəyə veriləcəyi günü görməyi arzulayırıq.

İstixəbər.info  Xaçmaz-Xudat

Baş redaktor: Rəşad Orucoğlu 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26