BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudatda dəhşətli yol nəqliyyat hadisəsi – Ölən və xəsarət alanlar var- FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudatda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, bu gün 16.00 radələrində Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbə adlanan ərazidə dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Belə ki, idarəetməni itirən Piriora markalı avtomobil yol kənarındakı dirəyə dəyib. Qəza nəticəsində ölən və xəsarət alanlar var. Yaralılar dərhal Xaçmaz rayon Mərkəzi xəstəxanasına aparılıb. İlkin ehtimala görə qəzaya səbəb Pirioranın yüksək sürətlə idarə olunmasıdır.

Aldığımız son dəqiqə məlumata görə Pirioaranın sürücüsü və avtomobildə olan sərnişinlər AZƏRİŞIQ ASC Xudat şöbəsinin əməkdaşlarıdır.

Xəstəxanadan verilən məlumata görə, avtomobildə olan sərnişin Əzizov Ehtimal Bəxtiyar oglu dünyasını dəyişib, digər sərnişin və sürücünün vəziyyətləri ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26