BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudatda 81-yaşlı qadın ikinci qrup əlili susuz qoyub. Foto+Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytına 29.07.2018-ci il tarixində Xudat şəhəri Zavod ,Yataqxana 1-ünvanından , ikinci qrup əlil Rəhman Mahmudov tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubundan sonra, çəkliş qrupmuz həmin ərazidə olub. Şikayətçi Rəhman Mahmudov deyir ki, bir neçə il bundan öncə əzab-əziyyətlə qazandığım pul ilə binanın qarşısında həm özüm həmdə qonşular üçün yaşadığım binanın qarşısında  su quyusu qazdırmışam. Neçə illərdir ki, həmin su xəttindən istifadə edirik. Amma bir neçə gün bundan öncə qonşumuz Rəmiyeva Gülçəmən Şıxali qızı binanın qarşısında əlavə tikinti işi apardığına görə həmin su xəttin dağıdılmasını tələb etdi. Amma mənim həmin su xəttin yerinin dəyişdirilməsinə imkanım olmadığından , qonşuma özun dəyiş qalan işlərinidə gör dedim. Amma bundan sonra Gülçəmən və onun qızı məni və ailəmi təhqir edərək su xəttinin borularını və elektrik xəttlərini qırdı. İndi yayın istisində susuz qalmışıq. Bir məsələnidə sizə deyim ki, bu xanım tək bizim üçün yox bütün məhəllə üçün problem yaradır. Şikayətiçini dinlədikdən sonra , Gülçəmən xanımla görüşməyimiz alınmadı. Daha dogrusu bizi pəncərə arxasından seyr etməklə kifayətləndilər. Şikayətçi deyir ki məsələnin ciddiliyini görüb ərizə ilə Xudat şəhər polis şöbəsinə müraciət etmişəm. Məsələni dəqiqləşdirmək üçün  əvvəlcə Xudat şəhər Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bizə həmin ərazinin bizim səlahiyyətimizdə deyil MKT-nın balansında olduğunu söylədilər.. Şikayətçi ilə qonşu arasında olan su probleminin həlli üçün Xaçmaz rayon İH-nin Xudat Şəhəri MKT-idarəsinin rəisi Bəxtiyyat Hüseynovla əlaqə saxladıq. Bəxtiyyar bəy deyir ki bu xanımın bütün məhəllə üçün problem yaradıb.1937-ci ildən olan 81 –yaşlı Gülçəmən Rəmiyeva heç özüdə nə etdiyini bilmir. Amma qanun hamı üçün qanundu. Şikayətçi Rəhman Mahmudovun çəkdiyi su xətti tam qanunudur və heç kim onu ordan sökə bilməz. Həmin su xəttini dağıtmağa çalışan insan isə Gülçəmənin qizıdır. Düzü o qız heç burda qeydiyyatda deyil. Amma heç bir halda o su xətti ordan ləğv edilən deyil.

Məsələyə isə əsl hüquqi qiymət  Xudat şəhər polis şöbəsinin əməkdaşlarının apardığı araşdırmalardan sonra veriləcək.

Ölkə Prezident İlham Əliyevin cənablarının hər zaman dediyi kimi əlillərin, veteranların, şəhid ailələrinin problemləri tez bir zamanda həll edilməli və bunun üçün yerli idarəetmə orqanlarında çalışan məmurlar  bütün güclərini səfərbər etməlidirlər..

İstixəbər.info saytı olaraq mövzunu qüvvədə saxlayırıq və videogörüntünü sizlərə təqdim edirik..

İstixəbər.info İnformasıya Portalı Xudat 2018-ci il

Rəşad Ağaşirinov :Baş redaktor

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26