BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudat sakini: “Ümidim ancaq Prezidentədir” FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat sakini yerli qrumlardan narazıdır

İstixeber.info xəbər verir ki, Xudat şəhərində bir neçə ay bundan öncə Əlimuradova Dəstəgül Abdulla qızına məxsus evdə qazdan qartlayış olmuşdur. Hadisə nəticəsində evdə olan sakinlərdən biri yanıq xəsarətləri ilə Bakı şəhərinə müəlicə üçün göndərilmiş və bu günə kimi də sakin müalicə almaqdadır. Evdə yaşayan digər sakinlər isə saytımıza evlərinin qəzalı vəziyyətə düşməsi ilə ilə bağlı müraciət ünvanlayıblar.

Çəkiliş qrupumuz həmin evdə olan zaman ev sahiblərinin dediklərinin bir daha şahidi oldu. Partlayış nəticəsində evin aşağı mərtəbələri demək olar ki, yararsız vəziyyətə düşüb. Ev qəzalı vəziyyətə düşdüyündən evin yuxarı mərtəbələrində də yaşayış mümkün deyil.

Ev sahibi deyir ki, evimin az da olsa təmiri üçün yerli qrumlara neçə dəfələrlə müraciət etmişəm amma bir fayda olmayıb. İmkanım da buna imkan vermir, xəstə insanam. Hal-hazırda qohum-qonşu evində qalırıq. Çox çətin vəziyyətdir. Mən də bir xanım olaraq sizin sayt vasitəsi ilə Prezidentimiz İlham Əliyev cənablarından, birinci xanım Mehriban Əliyevadan kömək istəyirəm..

Ev sahibinin müraciətini olduğu kimi sizə təqdim edirik:

https://youtu.be/sodY2MBpUUE

Rəşad Orucoğlu

İstixeber.info

204 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26