BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

XUDAT ŞƏHƏRİNDƏ ZİBİL TULLANTILARINI KİM TƏMİZLƏMƏLİDİR? – ARAŞDIRMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayon Xudat şəhəri Konserv zavod adlanan ərazidə, 5 saylı natamam orta məktəbin yaxınlığında yığılan zibil topaları həm əhalinin, həmdə məktəblilərin sağlamlığına ciddi təhlükə yaradır.

İstixəbər.info olaraq həmin ərazidə olduq və çəkiliş apardıq. Burada əhali üçün zibil tullantıları üçün xüsusi yer ayrılıb. Amma məktəbin yaxınlığında toplanan zibil qalaqları göz dağı çəkir. Məsələni araşdırdıqda məlum oldu ki, bura atılan zibil tullantıları “Konserv zavod Yeni Planlar” adlanan ərazinin sakinləri tərəfindən atılır. Bir müddət öncə bura atılan zibil tullantıları Xaçmaz rayon Xudat şəhər Yaşıllaşdırma idarəsi tərəfindən daşınılsa da, sonradan zibil tullantılarının daşınması dayandırılıb. Əhalinin zibil pulunu ödəməməsi və nəqliyyat vasitəsinin ayrılmaması zibil tullantılarının çoxalmasına səbəb olub.

Məsələ ilə bağlı Xudat şəhər İcra nümayəndəsi Akif Mərdanovla əlaqə saxladıq. Akif bəy bildirdi ki, həmin əraziyə cavabdeh Xaçmaz rayon Xudat şəhər Mənzil İstismar sahəsidir. Onlarla əlaqə saxlayın.

Məsələni dahada dərindən aydınlaşdırmaq üçün zibillik olan əraziyə Xaçmaz rayon  Xudat şəhər Mənzil İstismar sahəsinin rəisi Bəxtiyar Hüseynovla birlikdə yollandıq. Bəxtiyar bəy isə bizim kameramıza bildirdi ki, bu ərazidə olan zibil tullantılarının yığılması bizim səlahiyyətimiz çərçivəsində deyildir. Dəfələrlə biz Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarovla birlikdə daxili imkanlarımız hesabına zibil tullantılarını daşıtdırmışıq. Hazırda həmin ərazidə olan zibil tullantılarının daşınması bizim balansımızda deyil. Bu ərazi bizim balansımızda olmasada aidiyyatı qurumlarla birlikdə həmin ərazini zibil tullantılarından təmizləməyə hazırıq.

Xaçmaz rayon Xudat Şəhər sakinlərinə isə sadəcə səbr edib gözləmək qalır ki, görəsən bu zibillik nə vaxt və hansı idarə tərəfindən təmizlənəcək.

Mövzuya qayıdacağıq….

Adı çəkilən ərazidən video sujeti sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Xudat 2018-ci il 

Baş Redaktor: Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26