BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudat-Qusar yolunun yenidən qurulması niyə dayandırılıb? Videomatreal


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, bir neçə ay bundan öncə Xaçmaz –Xudat yolunun açlışı oldu. Xaçmaz-Xudat avtomobil yolunun yenidən qurulması 54 min nəfər əhalisi olan 59 yaşayış məntəqəsini birləşdirən yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa, bölgədə turizmin inkişafına imkan verməklə yanaşı, Yalama sərhəd keçid məntəqəsi ilə rahat nəqliyyat əlaqəsini də yaratmış olur. Bu da həmin yolun həm də beynəlxalq əhəmiyyətinin bir göstəricisidir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lentinidə kəsmişdi.Prezidentin növbəti fərmanında isə Xudat-Qusar yolunun yenidən təmir olunaraq əhalinin istifadəsinə verilməsi ilə bağlı idi. Bir müddət bundan öncə həmin yolda işlər sürətlə başlamış, yollar xüsusi texnikaların vaistəsi ilə qaşınmış, yeni yolun çəkilməsi üçün işlər aparılmağa başlanılmışdı. Bu gün bir çox sakin və sürücülərin xahiş və təkliflərini nəzərə alıb çəkiliş qrupmuz həmin yolda işlərin vəziyyəti ilə tanış olmaq qərarına gəldi. Yolda demək olar ki , hər hansı texnikaya və işçi qüvvəsinə demək olar ki, rast gəlinmədi. Amma yolların kənarlarına yeni səkilər düzülmüş, yolun yenidən çəkilməsi üçün işlər başlamış, yolun çəkilməsi üçün demək olarki bir asfaltlama işləri qalıb.. Amma bizi və oxucularımızı bir sual düşündürür yolun çəkilişi niyə dayanıb?Bəzi mənbələrdən aldıqımız məlumata görə, işin dayanmasına səbəb maliyyə problemləridir. Məsələ ilə bağlı “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İstixəbər.info saytına bildirib ki, artıq yeni yolun tikintisinə başlanılıb.. 2018-ci ildə qarşıya qoyulan əsas tapşırıqlardan biridə Xudat-Qusar istiqamətində yeni avtomobil yolunun tikintisini həyata keçirtməkdir.Yolda işlər qısa müddətə dayandırılsada bu ilin sonuna kimi yolun tikilib əhalinin istifadəsinə veriləcək. Anar müəllim bildirdiki, yeni çəkilən yolumuz digər yeni yollarımız kimi uzun ömürlü , davamlı , ölkəmizə gələn turistlərin və sürücülərmizin tam ürəyincə olacaq.

İstixəbər.info saytı olaraq məsələni qüvvədə saxlayırıq. İnşallah yaxın zamanlarda yolda işlər əvvəlki kimi sürətlə davam etdirilib ,sona çatacaq. Xudat-Qusar yolundan hazırladığımız videomatrealı sizə təqdim edirik.

İstixəbər.İnfo İnformasıya Portalı Xudat 2018-ci il

Rəşad Ağaşirinov:Baş redaktor

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26