BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xose hamının ürəyincə olan iştirakçını “Maşın”dan uzaqlaşdırdı – Foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Maşın şou”nun növbəti buraxılışı yayımlanıb.

İstixəbər.info xəbər verir ki, veriliş başlayandan ilk dəfə səsvermədə iki iştirakçının adı eyni sayda çıxıb. Odur ki, gün ərzində onlara gələn səslər hesablanıb və ən az səs toplayan iştirakçı tribunaya çıxıb.

Ramin Nabrana gün ərzində 23,81 faiz, Xose Bernardoya isə 14,29 faiz səs gəldiyi üçün səsverməyə Xose çıxmalı olub.

Aktyor səs topladığı təqdirdə verilişdən hamının ürəyincə olan birini çıxaracağını açıqlayıb. O, sonda 89,49 faiz səslə proqramda oyununu davam etdirib və “Maşın”dan Allahverdi Yolçuyevi kənarlaşdırıb.

Xose bildirib ki, qabaqcadan Yolçuyevlə danışıb və aktyor Bernardoya səs topladığı təqdirdə çəkinmədən onun adını açıqlamasını xahiş edib.

Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aydan Axundzadə, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir./axşam.az

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26