BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xırdalanda bacanağını namus üstündə qətlə yetirdi : “Qızıma sataşmışdı”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İstixəbər.info report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Qasımov özünü təqsirli bilib.

O, sərbəst ifadəsində bacanağını namus üstündə öldürdüyünü qeyd edib.

Ş.Qasımovun sözlərinə görə, qızı ailə həyatı qursa da, sonradan boşanıb və ata evində qalıb: “Bir gün bacanağım Müşfiq Abbasov bizə gəldi. O, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə də onu bıçaqladım”.

O, əməlindən peşman olmadığını söyləyib.

Ş.Qasımov bacanağı M.Abbasovun hərəkətlərindən xəbərsiz olduğunu deyib: “Müşfiq qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki, öldürdüm”.

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşfiq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26