BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xınanın inanılmaz faydaları


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info Axşam.az-a istinadən xınanın faydaları haqda məlumat verir.

Əsasən kosmetik vasitə olaraq tanınan xına güclü təbii müalicəvi vasitə kimi də istifadə olunur.

– Xına müxtəlif saç və baş dərisi problemlərində təsirlidir – Daim istifadə olunduqda xına kəpəkdən azad edir, saçları daha canlı, möhkəm, parlaq və sağlam edir. Xına saçların tökülməsini azaldır, saçları bərpa edir.

Əgər siz saçlarınızın rəngini dəyişmək istəmirsinizsə, rəngsiz xınadan istifadə edin. Bu xına lavsoniya bitkisinin gövdələrindən hazırlanır və saçlara boyayıcı effekt vermir. Rəngsiz xına baş dərisinin iltihabları, qıcıqlanması, saçların tökülməsi zamanı istifadə olunur. Quru saçlar və quru baş dərisi zamanı xınanı su və gənəgərçək yağı ilə (yarıbayarı), yağlı saçlar və yağlı baş dərisi zamanı su ilə yaxşı qarışdırılır (xama kimi alınmalıdır). Xınanı saçlara çəkin, əvvəl plyonka, sonra isə dəsmalla bükün və 2-3 saat ərzində saxlayın. Sonra isə yuyun.

Rəngsiz xına adətən heç bir allergik reaksiyalara səbəb olmur və istənilən saçlar və baş dərisi üçün istifadə oluna bilər.

– Rəngsiz xına müxtəlif kiçik yaralar, sıyrıntılar, dabanlarda çatlar, diatez, ekzema, dermatit və digər dəri xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər –  Bunun üçün xına isti su ilə qarışdırılır, pambıq parçaya çəkilir və dərinin zədələnmiş hissəslərinə qoyulur.

– Xına (həm rəngli, həm rəngsiz) baş ağrıları zamanı da çox yaxşı kömək edir -Xınanı suda həll edin və saçlara və baş dərisinə çəkib plyonka və dəsmalla bağlayın və uzanın. 30 dəqiqədən sonra başınızı yuyun.

– Xına göbələk infeksiyası ilə mübarizə aparır – Ayaqlarınızda göbələk varsa, xınanı suda həll edib ayaqlara çəkin. Pis ayaq qoxusu zamanı da xına istifadə olunur. Pis qoxuya səbəb olan mikrobları, göbələkləri öldürür, dərini qurudur.

– Bel, oynaqlar ağrıları zamanı xınanı su və zeytun yağı ilə (yarıbayarı) qarışdırın, 10 dəqiqə saxlayın, pambıq əskiyə çəkin və ağrıyan hissəyə qoyub 30 dəqiqədən sonra götürün.

İstixəbər.info İnformasiya Portalı

32 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26