BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

XİDMƏTDƏN VƏTƏNDAŞLAR DA RAZI QALIRLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki regional mərkəzi şimal-qərb bölgəsinin vətəndaşlarını ümumvətəndaş pasportu ilə təmin olunması işini həyata keçirir.

Mərkəz Şəkidə yerləşsə də, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həftənin bazar ertəsindən şənbə gününə qədər Zaqatala və Balakən, şənbə günü isə Qax rayonuna səyyar xidmətlər təşkil edilir. Cari il ərzində regional mərkəzdə 4810, səyyar xidmətlər zamanı 8238 sənəd toplanılıb.
Vətəndaşların pasport ilə təmin olunması işi şəffaflıq, aşkarlıq prinsipləri əsasında həyata keçirilir. Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun müddətdə ( 1, 5 və ya 10 iş gününə ) hazırlanır və təqdim olunur. Pasport üçün fotolar regional şöbədə, eləcə də səyyar xidmət zamanı xüsusi biometrik standartlara uyğun şəkildə, ödənişsiz çəkilir. Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Polis əməkdaşları onların yaşadıqları ünvana gedir, müvafiq sənədlər toplanılır və pasport hazır olduqdan sonra onlara təqdim olunur. Göstərilən xidmətdən vətəndaşlar da məmnun qalır, əlavə xərc çəkmədən öz rayonlarında sənədlərini asanlıqla ala bildikləri üçün öz minnətdarlıqlarını bildirirlər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26