BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xatirə İslama görə həyat yoldaşımla dava etdim – Rəna Həsənova


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm

Müğənni Xatirə İslamın dietoloqu Rəna Həsənova “Ay Zaur” verilişində müğənni ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib.

İstixeber.info xəbər verir ki, Rəna Həsənova ifaçını həyat yoldaşına qısqandığını etiraf edib: “Ailə qurmuşdum. Xatirə xanım isə səhnəyə yenicə çıxmağa başlamışdı. Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm. Onun sarışın uzun saçları var idi. Səsindən başqa görünüşü də çox gözəl idi. Həyat yoldaşım gözəl xanımlarda uzun saç vurğunu idi. Mən də qısqanclıq etmişdim ki, niyə ona baxırsan? Televizoru söndürmüşdüm və buna görə cəzalanmışdım. Dedi ki, ona baxdığıma görə, sənin nə haqqın var ki, televizoru söndürürsən? Bir həftə küsülü olduq və əziyyət çəkdim. Çox ağlamışdım. Hətta saçlarımı belə Xatirə xanımın saçlarına bənzətmək istəyirdim. Hazırda Xatirə xanımın mənim yanıma gəldiyini bilmir”.

REKLAM

Xatirə İslam isə cavabında “Bu gündən saçlarımı kəsmək qərarına gəldim” deyib.

Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə evlidir və cütlüyün bir övladı var./aznews.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26