BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmazda ilan sakinlərə vahimə yaşatdı – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmazda ilan əhaliyə qorxulu anlar yaşadıb.

REKLAM

İstixeber.info xəbər verir ki, bu gün səhər saatlarında saytımıza Xaçmaz rayonu Qusarçay kənd sakinləri tərəfindən belə bir videomaterial göndərilib. Səhər iş yerinə gələn bir qrup sakin onlardan qabaq iş yerinə gələn xoşagəlməz qonağı görüb şoka düşüblər. Uzunluğu 1 metr 80 sm, boz rəngində olan ilan görənlərdə vahimə yaşadıb. Sakinlər deyir ki, belə uzunluqda daha doğrusu bu formada vəhşiləşmiş ilanı birinci dəfədir ki , görürük. İlanı bir neçə dəfə zərərsizləşdirmək istəsəkdə alınmayıb. Amma sonda ilanı çətinliklə də olsa öldürə bildik. Adətən görmüşük ki, ilanı öldürəndə qısa müddətə qıvrılıb ölüb. Bu ilanın sanki atalarımız demişkən yeddi canı olub. Oxucularımızın nəzərinə onuda çatdırmaq istəyirik ki, havaların istiləşməsi ilə əlaqədar sürünənlərində sayında artım müşahidə olunur.

Bəs şimal rayonlarında ilan sancma ilə xəstəxanalara nə qədər insan müraciət edib?

Şimal rayon xəstəxanalarının baş həkimlərimdən aldığımız məlumata görə, bu il ilan sancma ilə kimsə müraciət etməyib. Əgər belə hal olarsa, ilan sancan insana zəhər əleyhinə zərdabımız kifayət qədərdir.

Həmin kadrları sizə təqdim edirik:

İstixeber.info Siyəzən-Xudat
Rəşad Orucoğlu Ağaşirinov
Qiyas Xaçmazlı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26