BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xəzər dənizinin Novxanı sahilində iməcilik keçirilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki,“Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində 29 sentyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının və könüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahilinin bir hissəsində iməcilik keçirilib.

Aksiyada 3 hektardan artıq sahil zolağı plastik və məişət tullantılarından təmizlənib. ETSN tərəfindən belə maarifləndirici aksiyalar digər Xəzər sahili zonalarda da təşkil edilib.
Xatırladaq ki, “Beynəlxalq Dəniz günü” dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

İstixəbər.info İnformasıya Portalı 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26