BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xərçəngdən Ölən Balıq..Həyat Heykayəsi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Niyə öldü? Niyə Ata, niyə ?!”

Otağımdaki təqvim 2016-cı ilin, 16 oktyabrını göstərirdi. Yavaş-yavaş tanrı göy üzündən günəşi çəkib, səmaya ulduzlar səpməyə başlamışdı.

Həyəcan məni qəribə bir tilsimə altına almağı da bacarmışdı, çarpayımda oturub kürəyimi divara söykəyərək, pəncərədən topa-topa qara buludlara baxırdım.

Televiziyada sabah havanın yağışlı keçəcəyini də eşitmişdim, bu məni daha da həyəcanlandırırdı.

Bu ki ilk görüş deyildi, niyə belə qorxurdum?!

Özüm özümlə danışmağa başladım:  “Görərsən sabah işlər yolunda getməyəcək”. Lakin məni belə qəmgin, belə ümidsiz düşünməyə, məcbur edən nə idi?! Açığı heç özüm də bilmirəm..

Otağımda qəribə bir səssizlik hökm sürürdü, akvariumdaki balığın nəfəs alıb verməyini hiss edirdim. İki aydır ki, bizim evdə yaşayır, adı Ümiddir.

Bu səssizliyi aradan qaldıran 7 yaşlı qızımın mənə səslənməsi oldu:

– Ata.

– Gəl qızım, gəl, oyandın deməli..

– Hə ata oyandım. Niyə ağlayırsan ata ?

– Yox əşi, nə ağlamaq. Şablon bir yalanla canımı qurtarmaq istədim.

– Toz düşüb gözümə. Çox indandırıcı olmadı, əlimin tərsiylə yanaqlarımı sildim. İndi ağır bir zərbə gələcək hiss edirəm..

– Anam üçün ağlayırsan ?

– Susuram.. Sualın altında əzildiyimi hiss edirəm, növbəti zərbə çox uzaqda deyil..

– Ata, anam saçlarını niyə kəsdirib ?

– O hardan çıxdı ?

– Dünən paltonun cibində anamın şəklini gördüm.

– Bir neçə saniyə susdum, cavab verməkdə çətinlik çəkdim..

Məni bu suala cavab verməkdən, gözlənilməyən bir zəng xilas etdi.

– Qızım keç nənəngilin yanına, mən indi telefonla danışmalıyam.

– Yaxşı.

Zəng edən həkim idi..

– Salam Kənan bəy, Könül xanımın həkimidir sizinlə danışan.

Özümdən aslı olmayaraq, təlaşla cavab verdim;

– Salam həkim, nəysə olub? Könül yaxşıdı ? Həkim qaydasındadı hər şey ?

– Narahat olmayın hər şey nəzarət altındadır. Sabah əməliyyatın saat 09:00-da başlayacağını xəbər vermək üçün zəng etmişəm. Tez gəlib əməliyyat başlamadan görüşə bilərsiniz..

– Oldu, çox sağolun ..( səsim titrəyir )

Divardaki saata çevrildim, saatın əqrəbləri 20:45 göstərirdi. Deməli 12 saat sonra əməliyyatdır. Deyəsən bir siqaret çəksəm yaxşı olacaq.

Eyvana çıxıb siqaretimi yandırıb başladım öz-özümə danışmağa;

Birdən..birdən Allah eləməsin əməliyyat uğursuz keçdi, qızıma nə deyəcəm?!

2 aydır ki güc bəla ilə, başını qatıram, şəkili görməyi də lap pis oldu..

Sanki diksindim, içimdən kimsə üstümə qışqırdı.

– Hər şey yaxşı olacaq !!!

Gecəni yatmadım bütün müqəddəslərə dua etdim, Allahdan dualarımı qəbul edib onu mənə bağışlamasını istədim..

Sabaha az qalmışdı, tanrı gecə pərdəsini asta-asta çıxardırdı göy üzündən..

Qızımın otağına keçdim yanağından öpərək, saçlarından anasının qoxusunu çəkdim içimə..

Astaca qapını açıb evdən çıxdım. Hava haqqında məlumat özünü doğrultmuşdu, hava çiskinlidir xırda-xırda yağış yağırdı.

Saatıma baxdım 07:12. Evdən xəstəxanaya yarım saatlıq yoldur, bir başa xəstəxanaya yol aldım, yol üstü Aqşin dayıdan bir dəstə nərgiz götürdüm, Könül nərgizləri çox sevirdi..

Könülün yatdığı palataya çatanda, qapının ağzında dayandım otaqdan səs gəlirdi..

Qapını bir azca araladım, gördüklərim qarşısında ayaqda durmaq çox çətin idi.

Ad günündə aldığım rezini əlində tutaraq ağlayırdı. Saçlarını necə sevdiyini ən yaxşı mən bilirdim. Mənə belə icazə vermirdi saçlarına toxunam..

– Könül. Mən gəldim.

– Sənə ağlamaq olmaz deməmişdim mən ?!

Üzünü ovcuma aldım, yanaqlarını sildim..

– Ağlayacaqsan bir də ?

Ağlayaraq cavab verir;

– Yox, ağlamayacam..

– Sağal, gedək evimizə. Qızımız səhər axşam səni soruşur daha yalanlarım tükənir..

– Birdən mən sağal…

– Sözünü kəsdim .. Sağalmasam deyə bir söz yoxdur, bilmərəm elə söz, sağalacaqsan..

Elə bu vaxt qapı döyüldü həkim otağa daxil oldu..

– Hə, Könül hazırlaşaq əməliyyata?

– Olar..

Alnından öpdüm qulağına onu hər zaman sevəcəyimi pıçıldadım və otaqdan çıxdım..

Əməliyyat həkim dediyi vaxtda başladı 09:00 da.

Əməliyyat 3 saat olmaqla iki hissədən ibarət idi. İlk hissədən sonra həkim vəziyyətin yaxşı olduğunu dedi, ümidlənmək çox gözəl hissdir əslində, lakin kimsə onu öldürməyə. Otaqda qarışıqlıq baş vermişdi. Anonsla baş həkim əməliyyat otağına çağırıldı, işlər yolunda getmirdi hiss edirdim. Bir müddət sonra həkim ağır adımlarla mənə yaxınlaşdı.

Dünya başıma yıxıldı deyə bir ifadə var elə bilirdim ki, o ifadə məcazi mənadadır..

Həkim:

– Başınız sağ olsun..

Qulaqlarım bu sözü qəbul edib, beynimə xəbərdarlıq siqnalı ötürməkdə çətinlik çəkirdi..

– Yoox! İnanmıram həkim! O, ölə bilməz, yalan deyirsən onu görməliyəm, Könülü görməliyəm. Həkimin yalan demədiyini bilirəm, sadəcə qəbul etmək çox çətindir.

Qızımız, mən, bir də yüzlərlə xəyal yetim qalmışdı. Bundan sonra, uzun bir yalnızlıq başlayırdı.

Bir neçə saat xəstəxanın həyətində, oturub siqareti siqaretə caladım.

Sonra hiss etdim ki, bu zamanda ən çox qızıma ehtiyacım var.

Evə yollandım, qızımı görməyə..

Qapı zənginə basdım, qapı açılar açılmaz qızım ağlayaraq üstümə qaçdı :

– Niyə öldü ? Öldüüü.. Niyə Ata, niyə ?!

Nə baş verdiyini anlamıram, çünki anasının öldüyü haqqında xəbər tuta bilməzdi.

– Sakitləş qızım, denən görüm nə olub ? Ölən kimdir ?

– Balıq ölüb. Ümid…Ümid ölüb..

“Könül qan xərçəngi olduğunu biləndə, məndən bir balıq alıb, adını ümid qoymağımı istəmişdi. İki aydır ki, ümid bizimlə yaşayırdı. Könül gedərkən balığını da özü ilə aparmışdı..”

2016- cı ildən 3 il keçir.

Üç ildir ki, Könül bizimlə deyil. Tez-tez qızımla ziyarət etməyə gedirik, Aqşin dayı bizdən nərgizlərin pulunu almır, hər dəfə qızıma deyir ki;

– Lalə sən böyü həkim ol, onda Atandan almadığım nərgizlərin pulunu alacam səndən. (gülümsəyir)

Elə Lalə də bu fikirdədir, hər dəfə deyir ki, həkim olacam, qoymayacam uşaqlar mənim kimi anasız böyüsün..İnterview.az/Yazar: Kənan İsmayılov

İstixeber.info Bakı 09.03.2019

Rəşad Orucoğlu

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26