BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

WhatsApp-la sizi güdə bilərlər – XƏBƏRDARLIQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

REKLAM

Kiberhücumun kütləvi hal almadığı, yalnız “seçilmiş istifadəçilərin” ona məruz qaldığı bildirilir. “Facebook”un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

“Financial Times”ın yazdığına görə, virtual hücum İsrailin “NSO Group” təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, “WhatsApp” ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.

Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub: seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi “dəstəyi qaldırmasa” belə onun mobil telefonuna zərərli proqram yazılıb.

Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrofonla danışıqlarını dinləyə biliblər.

İstixeber.info

47 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26